Vüqar Nadirov qol vurdu, komandasını II Liqaya çıxardı

Bu gün II Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.

Presssport.az xəbər veri ki, AFFA Region Liqası finalçısı "Hypers" son mövsümdə II Liqada mübarizə aparmış "Şəfa" ilə qarşılaşıb. 

"ASCO Arena"da keçirilən oyunda "Hypers" 2:1 hesablı qələbə qazanıb. 

Maraqlıdı ki, matçda hesabı qalib komandanın baş məşqçisi Vüqar Nadirov açıb. O, pley-offa görüşlərinə futbolçu kimi də sifariş olunaraq oynayıb və bu dəfə erkən qola imza ataraq qələbənin təməlini qoyub.

İlk görüşdə də "Hypers" qalib gəlmişdi (2:0) və bununla da rəqibini ümumilikdə 4:1 hesabı ilə məğlub edərək növbəti mövsüm II Liqada çıxış etmək hüququ qazanıb. 

Xatırladaq ki, "Şəfa" həmin liqada 2023/24 mövsümünü 18 xalla sondan əvvəlki - 13-cü pillədə başa vurub.

5 iyun (çərşənbə)

17:00. “Hypers” – “Şəfa” - 2:1

Qollar: Vüqar Nadirov, 2, Məhəmməd Alıyev, 45+2 - Ramiz Qasımov, 65
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC