"Beşiktaş"dan "Zenit"ə 4,,5 milyonluq transfer - Qazaxıstan millisinin futbolçusu

"Beşiktaş"ın futbolçusu Baxtiyor Zaynutdinov karyerasını yenidən Rusiya Premyer Liqasında davam etdirəcək.

Presssport.az xəbər verir ki, "Zenit" Qazaxıstan millisinin üzvünü transfer edib. 

Sankt-Peterburq təmsilçisi bu keçid üçün Türkiyə klubuna 4,5 milyon avro təzminat ödəyəcək.

"Beşiktaş" Zaynutdinovu 2023-cü ilin yayında Moskva MOİK-indən transfer etmişdi. 26 yaşlı sol cinah müdafiəçisi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol vurub.

Xatırladaq ki, Qazaxıstan yığması iyunun 11-də Macarıstanda Azərbaycan millisiylə yoldaşlıq görüşü keçirəcək. Zaynutdinov bu oyuna çağırılmayıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC