Minifutbol millimiz Avropa çempionatında mübarizəni dayandırdı, titulunu itirdi - YENİLƏNİB

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

Presssport.az xəbər verir ki, 1/4 finalda Qazaxıstanla qarşılaşan millimiz məğlub olaraq turnirlə vidalaşıb.

Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha güclü olan qazaxlar (7:6) Azərbaycanı yarışdan kənarlaşdırıb. Bu yerdə bildirək ki, millimiz son dünya çempionatında da finala gedən yolda məhz bu rəqibə uduzmuşdu.

Xatırladaq ki, yığmamız qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Elşad Quliyevin komandası Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstana qalib gəlib - 3:1. Azərbaycan son Avropa çempionu olduğundan titulunu itirib.  

 
 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC