Millimizlə oyunöncəsi 4 futbolçu sıradan çıxdı, 2-si dəvət olundu

Qazaxıstan millisinin Ermənistan (7 iyun) və Azərbaycan (11 iyun) yığmaları ilə yoldaşlıq görüşləri öncəsi heyətində dəyişiklik edilib.

Presssport.az xəbər verir ki, qapıçı Bekhan Şayzada, müdafiəçilər Adilxan Dobayla Aleksandr Zuev, yarımmüdafiəçi İslam Çesnokov zədə və xəstəlik səbəbindən sıradan çıxıb. 

Əvəzində düşərgəyə qapıçı Danil Ustimenko və müdafiəçi Mixail Qabışev dəvət olunub.

Xatırladaq ki, Azərbaycan - Qazaxıstan oyunu Macarıstanın Sombathee şəhərindəki “Haladaş” İdman Kompleksi stadionunda Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC