Həndbol yığmamız Həştərxana yolanıb - toplanışda 3 yoxlama matçı olacaq

Kosovoda keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq 18 yaşadək oğlan həndbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərinə yollanıb.

Presssport.az Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda burda təlim-məşq toplanışında iştirak edəcək.

Yığmamız hazırlıq prosesində yerli komanda ilə 3 yoxlama matçı keçirəcək. İyunun 11-dək davam edəcək toplanışda 15 oyunçu baş məşqçi Rəşad Hüseynovun sərəncamında olacaq.

Onu da bildirək ki, millimizin iyulda Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq toplanışı nəzərdə tutulub. Avropa çempionatının təsnifat mərhələsi avqustun 12-18-i aralığında Kosovoda gerçəkləşəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC