Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"

Albaniya yığmasının baş məşqçisi Silvinyo AVRO-2024-ə hazırlıq çərçivəsində sabah Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, braziliyalı mütəxəssis millimizə qarşı matçda oyun təcrübəsi az olan futbolçulara şans vermək istədiyini deyib:  “Avropa çempionatına hazırlaşırıq və təqvimə əsasən, turnirə qədər 2 yoldaşlıq görüşü keçirəcəyik. Hazırlaşmaq üçün çox vaxtımız yoxdu - yoldaşlıq görüşləri də daxil olmaqla cəmi 7 gün. İtaliya ilə start matçına hazırlaşırıq. Amma bu qarşılaşmada komandanın necə oynayacağını deyə bilmərəm. Hələ bir neçə gün var. Azərbaycanla görüşdə xüsusən az oyun şansı olan futbolçularımıza şans verməli, oyunçuların yeni taktikaları sınamağına şərait yaratmalıyıq. Milli komanda üçün bu, çox dinamik, sürətli prosesdir. Azərbaycanla yoldaşlıq oyunundan sonra İtaliya ilə ilk matça yaxşı hazırlaşmaq, hər şeyi dəyərləndirmək və təhlil etmək üçün imkanımız olacaq".

Silvinyo Azərbaycan millisinin çox yaxşı komanda olduğunu vurğulayıb: "AVRO-2024-dən əvvəl müdafiə baxımından daha çox işləmək istəyirik. Xüsusən də Azərbaycanla sabahkı oyunda. Bu, bizim üçün çox yaxşı fürsətdi. İtaliya ilə matç məni narahat edir. Çünki çox güclü rəqibdi. AVRO-2024-də temp çox yüksək olacaq. İlk oyunumuza hələ 7-8 gün var. İndi sabahkı matçı, Azərbaycan kimi yaxşı milli komandaya qarşı keçirəcəyimiz çətin yoldaşlıq oyununu düşünürük. Bu yığma bizi çətin vəziyyətə sala bilər. Onunla oyundan sonra həm fərdi, həm də komanda olaraq analizlər aparacağıq. Bu yoldaşlıq görüşləri bizə harada olduğumuzu görmək imkanı verəcək və qarşıdakı matçlara hazırlaşmaq baxımından çox kömək edəcək”.

Xatırladaq ki, Macarıstanda keçiriləcək Albaniya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC