"Təmir işləri hələ başlamayıb, stadionla bağlı layihələndirmə və sənədləşmə işləri yekunlaşıb" - "Araz-Naxçıvan"ın rəsmisi

“İndiyədək stadionla bağlı layihələndirmə və sənədləşmə işləri yekunlaşıb. Tikinti ilə bağlı müqavilələr imzalanıb”.

Presssport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan” klubunun icraçı direktoru Eldəniz Yusubov Naxçıvan şəhər stadionunun son durumu ilə bağlı danışarkən deyib.

Klub rəsmisi stadionda təmir işlərinin hələ başlamadığını bildirib: “İyunun 10-dan sonra xəbərlərimiz olacaq. Əlbəttə, təmir işləri ilə bağlı müzakirələrimiz olub. Xeyli işlər görülüb, amma təmirə başlanılmayıb. Təbii örtük, çox güman, süni ilə əvəzlənə bilər. Tribunalar müasir lisenziya tələblərinə uyğunlaşdırılacaq. İşıqlandırma sistemi dəyişdiriləcək. Paltardəyişmə otaqlarında yenilənmə işləri aparılacaq. Skay-bokslarda, VİP lojalarda ciddi yeniliklər olacaq. Planlarımız böyükdür”.

Qeyd edək ki, 2023/2024 mövsümündən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanan Naxçıvan təmsilçisi ev oyunlarını Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçirirdi (report.az).

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC