"Professor"a heç bir təklif yoxdu: "Futbolda çalışmalıyıq, başqa sahəyə gedəsi deyilik ki..."

“Mənə heç bir təklif, konkret heç nə yoxdu. Gözləmək məsələsinə gəlincə, futbolda olan adamlarıq və öz sahəmizdə çalışmalıyıq. Başqa sahəyə gedəsi deyilik ki...Əlbəttə ki, yenidən futbol sahəsində məşqçi işləmək istəyirəm". 

Bu fikirləri Presssport.az-a açıqlamasında PRO kateqoriyalı məşqçi Mahmud Qurbanov deyib.

Məlumdu ki, Premyer Liqamızda 3 klub - "Neftçi", "Turan Tovuz" və "Şamaxı" hazırda yeni baş məşqçi axtarışındadı. Qurbanovun sözlərinə görə, ona nəinki bu 3, ümumiyyətlə, heç bir klubdan təklif gəlməyib: “Təklifin fasiləylə də bağlılığı yoxdu. "Fasilə olsun"u məşhur məşqçilər deyə bilər. Bunun bizə aidiyyatı yoxdu ki, ay yoruldum, dincəlim. Baş məşqçini dəyişəndə də baxmırlar ki, ay mövsüm bitir, ortasıdı, axırıdı. Özünüz bunu yaxşı bilirsiniz ki, belə şeylərə baxmırlar".

51 yaşlı Qurbanov "Səbail"dən gedəndən sonra artıq 1,5 ildi işsdizdi və bu müddətdə ciddi təklif almayıb. Maraqlıdı, bu, futbolumuzun “Professor”una unudulmaq baxımından pis təsir göstərirmi?: “Pis təsir edir deyəndə ki, işimiz budu da Belə baxanda, Azərbaycanda uğurlu məşqçi 1-2 nəfərdi də, sayı nə qədər olub ki? Sadəcə, kimlərəsə sərf edir və buna görə xordakı kimi hamısı bir ağızdan oxuyur ki, ”Səbail"də işim uğursuz olub".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC