II Liqanın qış çempionu millimizin üzvünü transfer etdi

II Liqanın qış çempionu "Baku Sportinq" transfer reallaşdırıb. Klubdan Presssport.az-a verilən məlumata görə, paytaxt təmsilçisi təcrübəli futbolçu Hüseyn Axundovu heyətinə qatıb. Vaxtilə Premyer Liqada AZAL və "Rəvan"da oynamış 36 yaşlı yarımmüdafiəçiylə 1 illik müqavilə imzalanıb. Hüseynov son olaraq II Liqa təmsilçisi "Füzuli"də çıxış edərək, kapitanı idi. Hüseyn çimərlik yığmamızın üzvüdü, habelə, futzal və minifutbol millilərində də oynayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC