"Qalatasaray"ın sabiq idman direktoru ABF-də təyinat alıb

Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.

ABF-dən Presssport.az-a verilən məlumata görə, türkiyəli mütəxəssis Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

Qurumun rəyasət heyətinin qəbul etdiyi qərara əsasən, onunla 2 illik müqavilə imzalanıb.

Zeytingöz aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaq. 

Sonuncu dəfə kişilərdən ibarət "Qalatasaray" basketbol komandasında idman direktoru vəzifəsini icra edən Zeytingöz daha əvvəl Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə 1 dəfə Avropa çempionatının qızıl, 2 dəfə isə bürünc medalını qazanıb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC