“Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm” - İlham Zəkiyev

“Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm”.

Presssport.az xəbər verir ki, bunu "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.

+90 kq çəki dərəcəsində yer alan idmançımız 6-cı dəfə paralimpiadada mübarizə apardığını xatırladıb: "Bir az hazırlığımdan razı deyildim. Zədələr ucbatından hazırlığım istədiyim səviyyədə keçməmişdi. Bununla belə, bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdi. Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha bu qələbəni bizə yaşatdı. Yaşasın, Azərbaycan! Nəhayət, s6ərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Üçrəngli bayrağımızı çalışacağıq həmişə zirvələrdə saxlayaq".

Xatırladaq ki, Zəkiyev ikiqat paralimpiya çempionunuzdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC