"Mahir Emreli bizim üçün dəyərli ola biləcək oyunçudu" - "Nürnberq"in idman direktoru

"Nürnberq"in idman direktoru Coti Çatsialeksiu klubun mətbuat xidmətinə danışıb.

Presssport.az xəbər verir ki, klub rəsmisi zədəsini sağaldan yeni transferləri Mahir Emreli haqda da söz açıb.

Belə ki, o, millimizin hücumçsuunun komanda üçün dəyərli oyunçu ola biləcəyini vurğulayıb:

“Benni Qolleri yenidən meydanda görməkdən çox şadam. Mahir Emreli də artıq formaya düşür. Onlar komandaya dəyişkənlik və dərinlik verə bilirlər və bizim üçün dəyərli ola biləcək oyunçulardı. Yannik Hofmann, Enriko Valentini və Canni Serranın da vəziyyəti son vaxtlar daha yaxşı görünürdü”.

Xatırladaq ki, Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı forvard zədəli olduğu üçün Almaniya təmsilçisinin heyətində debüt edə bilməyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC