Paris-2024: Paraatletimiz Azərbaycana 4-cü qızıl medal qazandırıb

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, idmançımız uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Bunadək həmçinin paraatlet Lamiyə Vəliyeva qızıl və gümüş, parataekvandoçu İmadəddin Xəlilov və paraatlet Səid Nəcəfzadə qızıl, parataekvondoçu Sabir Zeynalov, paraüzgüçümüz Raman Saley və Vəli İsrafilov isə bürünc medal qazanıb.

Xatırladaq ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC