"Baş məşqçinin tapşırıqlarını yerinə yetirib vuruşsaq, sürpriz niyə də olmasın?" - Toral Bayramov

Azərbaycan milli komandası sabah UEFA Millətlə Liqasında yeni mövsümdə ilk səfər matçını keçirəcək.

Presssport.az xəbər verir ki, C1 qrupunda mübarizə aparan yığmamız Slovakiya millisiylə qarşılaşacaq.

Oyundan öncə komandamızın futbolçusu Toral Bayramov mətbuat konfransında ilk olaraq qarşıdakı matç haqda düşüncələrini bölüşüb.

  • Sabah bizi çox yaxşı komandaya qarşı oyun gözləyir. Son Avropa çempionatında uğurlu çıxış ediblər. Buna baxmayaraq, baş məşqçinin dediklərini yerinə yetirib qələbə qazanmağa çalışacağıq.
  •  Komandada atmosfer necədir?

- Oyuna yaxşı hazırlaşmışıq. Görüşə tam hazırıq.

- Sabah ağır matç olacaq. Komandadan sürpriz gözləyə bilərikmi?

- Baş məşqçinin tapşırıqlarını yerinə yetirib vuruşsaq, niyə də olmasın? Buna gücümüz var.

- Səni müxtəlif mövqelərdə görmüşük. Bəs hansı mövqe sənə daha rahatdır?

- Mənə görə mövqeyin fərqi yoxdur. Sağ cinah, sol cinah... Diqqətlə baxsanız, "Qarabağ"da fərqli mövqelərdə oynamışam. Özümü narahat hiss etmirəm. Baş məşqçi harda şans versə, çalışacam ki, orda da komandaya kömək edim. 

- Sən uğurlu penaltilər vurmağı bacarırsan. Bu məsuliyyəti millidə də üstünə götürə bilərsən?

- Bu,  cavab verə biləcəyim sual deyil. Ən yaxşısını baş məşqçi bilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC