"Səbail" Ərzurum toplanışına məğlubiyyətlə başladı

2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Presssport.az xəbər verir ki, paytaxt təmsilçisi Türkiyə I Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşaraq 2:3 hesabı ilə uduzub. "Səbail"in hər iki qolunu Samir Abdullayev vurub.

Xatırladaq ki, “dənizçilər” növbəti yoxlama matçını iyulun 13-də Türkiyə Super Liqa təmsilçisi “Hatayspor”a qarşı keçirəcək. 

"Səbail"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC