"Zirə"nin potensial rəqiblərinin oyununda darmadağın və qırmızı vərəqə

Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib. 

Presssport.az xəbər verir ki, II təsnifat mərhələsi üçün “Zirə”nin potensial rəqibləri olan “Elfsborq” və “Pafos” İsveçdə üz-üzə gəlib. 

Matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. 

Kipr təmsilçisinin qapısından qolları Besfort Zeneli, Niklas Hult və Per Frik keçirib. 

Onu da bildirək ki, Matias German Melluso 57-ci dəqiqədə qırmızı vərəqə aldığından “Pafos” görüşü 10 nəfərlə başa vurub. 

Xatırladaq ki, bu komandaların cavab görüşü 1 həftə sonra Kiprə keçiriləcək. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC