Bordin azərbaycanlı futbolçunun çıxış etdiyi çempionatda işləyəcək

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri müəyyənləşib.

Presssport.az xəbər verir ki, 59 yaşlı italiyalı mütəxəssis Albaniyada işləyəcək.

Belə ki, I Liqanın çempionu olaraq yüksək liqaya çıxan “Elbasani” Bordinlə müqavilə imzalayıb.

Bu yerdə bildirək ki, Albaniya yüksək liqasının digər təmsilçisi “Eqnatiya”ya bu yay azərbaycanlı futbolçu Zamiq Əliyev keçib. 

Xatırladaq ki, Bordin 2018-ci ilin yayından 2020-ci ilin qışınadək “Neftçi”ni çalışdıraraq Premyer Liqamızın gümüş medalçısı olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC