Millimizin üzvü Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Portuqaliyanın Povoa de Varzim şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Presssport..az-a verilən məlumata görə, BC2 kateqoriyasında mübarizə aparan idmançımız yarışın qrup mərhələsində Böyük Britaniyadan olan rəqibləri üzərində ardıcıl 2 qələbə qazanıb.

Yarımfinalda slovakiyalı idmançını mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici mərhələyə vəsiqə əldə edib. Ağayeva sabah finalda portuqaliyalı idmançı ilə qarşılaşacaq.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC