Badmintonçularımızın Paris-2024-dəki rəqibləri bəlli olub

Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında şəxsi kateqoriyada qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Presssport.az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərin mübarzəsində Edi Reski Dviçayo E qrupunda Anders Antonsen (Danimarka) və Kollins Filimonla (Avstriya) qarşılaşacaq.

Qadınların yarışında isə Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) və Kirsti Qilmorla (Böyük Britaniya) üz-üzə gələcək.

Xatırladaq ki, Paris-2024 iyulun 26-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC