Gimnastlarımız Portuqaliyada 8 medal qazanıb

 

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tamblinq üzrə yarışda Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb.

Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında da qızıl medala yiyələnib.

Batut və ikili mini-batut gimnastikası üzrə Hüseyn Abbasov (2) və Ammar Baxşalıyev qızıl, Nicat Mirzəyev isə bürünc medal qazanıb.

Onu da bildirək ki, “Scalabis Cup” iyulun 11-dən 13-dək keçirilib.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC