AVRO-2024: İspaniya millisi Avropa çempionu olduğuna görə nə qədər pul qazandı?

AVRO-2024-ün qalibi olan İspaniya millisinin bu turnirdən əldə etdiyi gəlir açıqlanıb.

Presssport.az xəbər verir ki, finalda İngiltərə yığmasını məğlub edən (2:1) pireneylilər yarışda iştirak etdiyinə görə 9,25 milyon avro qazanıb. Qrup mərhələsindəki 3 qələbə ispanlara 3 milyon avro verib.

Komanda 1/8 finaldakı qələbəyə görə 1,5, 1/4 finaldakı qalibiyyətə görə isə 2,5 milyon avro əldə edib. Yarımfinaldan 4 milyon avro qazanan ispanlar turnirin çempionu olduqları üçün bundan 2 dəfə artıq - 8 milyon avro da qazanıb. 

UEFA-nın rəsmi saytında yer alan maddəyə görə, qrup mərhələsindəki hər 3 matçda qələbə qazanaraq çempion olan komanda maksimum mükafata  - 28,25 milyon avroya sahib olur.  Bu da o deməkdir ki, İspaniya millisi UEFA-dan 28,25 milyon avro alacaq.

Onu da bildirək ki, turnirin finalçısı olan İngiltərə millisi 24 milyon avro qazanıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC