Musa Qurbanlı "Qarabağ"a qələbə qazandırdı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirib.

Presssport.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya yüksək liqa təmsilçisi “Slaven"lə qarşılaşıb. 

Bu matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu isə ağdamlılara qayıdan millimizin hücumçusu Musa Qurbanlı vurub.

"Qarabağ" bu gün daha bir yoxlama matçına çıxacaq. Belə ki, Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Səudiyyə Ərəbistanı Liqası təmsilçisi  “Əl-Şabab”la matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə Bakı vaxtilə saat 19:00-da səslənəcək.

Xatırladaq ki, "Qarabağ" toplanış çərçivəsində  Almaniyanın “Kayzerslautern”una (1:3) uduzub və Çexiya “Viktoriya”sına (2:1) qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC