Millimiz məğlubiyyətlə finiş etdi və C Liqasına düşdü

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Presssport.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz 6-cı matçında İsveçrə yığması ilə qarşılaşıb. Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

15 xalla qrupu 1-ci pillədə başa vuran İsveçrə yığması A Liqasına yüksəlib. 4 xalla sonuncu 4-cü yeri tutan milli komandamız isə növbəti mövsüm C Liqasında mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC