Tanınmış cüdo məşqçisi 27 yaşında vəfat etdi

Azərbaycanda cüdo məşqçisi Murad Heydərli vəfat edib.

Presssport.az xəbər verir ki, gənc mütəxəssis beyin xəstəliyindən dünyasını dəyişib.

27 yaşlı Heydərli Abşeron İdman Klubunun cüdo üzrə baş məşqçisi və rəhbəri kimi çalışırdı. Tanınmış idmançı karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı. Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı. Belə ki, o, gənclər arasında Avropa Kubokunun 3 qat bürünc mükafatçısı, İdman Ustası, Beynəlxalq Cüdo Federasiyası Akademiyasının məzunu idi.

Azərbaycan Cüdo Federasiyası Heydərlinin vəfatından bütün cüdo ailəsi adından dərin hüznlə kədərlənir, yaxınlarına başsağlığı verir!

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC