"Neftçi" U-16 Liqasının qalibi olub

AFFA U-16 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Presssport.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində 3-cü yer uğrunda oyun, “ASCO Arena”da isə final görüşü keçirilib. Bürünc mükafat uğrunda matçda “Sabah” üzərində 2:1 hesablı qələbə qazanan “Zirə” yarışı 3-cü sırada tamamlayıb.

Final qarşılaşmasında “Neftçi” və “Qarabağ” görüşüb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” çempion olub. 

Oyunlardan sonra ilk 3 yerin sahibləri medallar və diplomlarla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 56 qol vuran “Neftçi”nin hücumçusu Elnur Abdullayev ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Əli Qazibəyov isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Mükafatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC