"Sabah" "Rux"a qarşı

Yeni mövsümə Sloveniyada hazırlaşan "Sabah" klubu bu gün növbəti yoxlama matçını keçirəcək.

Presssport.az xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın "Rux" klubu ilə görüşəcək.

"Sports park Radomlye"də baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.

Xatırladaq ki, Krunoslav Renduliçin komandası daha əvvəl keçirdiyi yoxlama oyunlarında "Koper"i (Sloveniya) 1:0 hesabı ilə məğlub edib, Serbiya təmsilçisi "Çukariçki" (0:0) və Ukraynanın "Krivbas" (2:2) klublarına qarşı matçlar isə heç-heçə nəticələnib.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC