"Pley-off mərhələsində Azərbaycan bayrağının da yer almasına sevinirəm" - millimizin baş məşqçisi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaları ilə bağlı AFFA-nın rəsmi saytına fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu mərhələdə güclü komandalardan biri ilə qarşılaşacaqlarını deyib: “İlk dəfə B Liqasında iştirak etməyimizə baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazanmağımız sevindirici hal oldu. Son il yarım ərzində komandada yer alan bütün futbolçuları təbrik edirəm. Bu, onların zəhmətinin nəticəsidi. Pley-off mərhələsində zəif rəqib olmur. Ən yüksək reytinqə malik 6 kollektivdən birinə rəqib olacağıq. Yəni, güclü komandalardan biri ilə qarşılaşacağıq. Pley-off mərhələsində Azərbaycan bayrağının da yer almasına sevinirəm.Pley-off mərhələsində Azərbaycan bayrağının da yer almasına sevinirəm. Milli komandamız B Liqasına yüksəlməklə bir dəfə tarix yazmışdı. Pley-offda da uğurlu çıxış edərək, daha bir tarix yazmaq arzusundayıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC