Stolüstü tennisçilərimiz Avropa çempionatında pley-offa yüksəlib

Azərbaycanın stolüstü tennisçiləri Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənclər arasında Avropa cempionatında şəxsi yarışlarda qrup mərhələsini adlayaraq pley-offa yüksəlib.

Presssport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərziyyə Nurmətova - Aylin Əsgərova tandemi isə qoşa yarışlarda etimadı doğruldub.

Bİdmançılarımız 1/32 finalda Almaniya, 1/16 finalda isə Çexiya təmsilçiləri üzərində qələbələrlə 1/8 finala vəsiqə qazanıb. Onlar bu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaq.

Onu da bildirək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi altında 12 idmançımız mübarizə aparır. 40 dan çox ölkənin qatıldığı Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC