ARAF kuboku uğrunda konkur yarışlarına start verilib

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda ARAF kuboku uğrunda konkur yarışlarına start verilib.

Presssport.az ARAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, A koteqoriyası üzrə 90 sm və L koteqoriyası üzrə isə 115 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak edib.

20 idmançının iştirak etdiyi A koteqoriyasında baş tutan mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Kamilla Həsənbəyova “Pür-pür” ləqəbli atla 1-ci, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atla 2-ci, “Elit” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva isə “Naxçıvanskiy” ləqəbli atla 3-cü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Nicat Rəhimov “Nazlı” ləqəbli atla 4-cü, qeyd olunan məktəbin digər təmsilçisi Rüqayə Məhərrəmova isə “Püstə” ləqəbli atla 5-ci yerin sahibi olub.

L kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçiləri Anar Hümbətov “Damla” ləqəbli atla 1-ci, Seyid Musayev “Ayla” ləqəbli atla 2-ci, “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Chantal” ləqəbli atla 3-cü yerin sahibi olub.

Yarışın növbəti mərhələsi iyulun 20-də “Sərhədçi” atçılıq klubunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC