Daha bir idmançımız Paris-2024-də iştirak etmək hüququ qazandı: "Bu, karyeramın ən böyük uğurudu"

Pauerliftinq üzrə milli komandamızın üzvü Ceyhun Mahmudov (-54 kq) Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.

Presssport.az xəbər verir ki, Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançımıza Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.

İdmançı bununla bağlı Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib:

“Paris Paralimpiadasında iştirak hüququ qazandığım üçün çox sevincliyəm. Öz ölkəni ən mötəbər idman yarışında təmsil etmək hər idmaçıya nəsib olmur. Bu, karyeramın ən böyük uğurudu. Məşqlərimi yüksək səviyyədə davam etdirirəm. Məqsədim Vətənə medalla qayıtmaqdı”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC