ARAF kuboku uğrunda konkur yarışları başa çatıb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda ARAF kuboku uğrunda keçirilən konkur yarışları başa çatıb.

Presssport.az ARAF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün bitən turnirin yekununda “Elite” atçılıq klubunun təmsilçiləri Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla 1-ci, Anar Hümbətov “Damla” ləqəbli atla 2-ci, Seyid Musayev isə “Ayla” ləqəbli atla 3-cü yerin sahibi olub.

M kateqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 9 idmançı yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak edib.

Sonda hər üç kateqoriyada 1-ci yerin sahiblərinə ARAF kuboku, 2-ci və 3-cü pillələri tutanlara medallar, həmçinin federasiyanın fəxri diplomları təqdim edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC