Mertin qolu AVRO-2024-ün ən yaxşısı seçildi

AVRO-2024-ün futbolsevərlər tərəfindən seçilən ən yaxşı qolu açıqlanıb.

Presssport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Belə ki, azarkeşlər Türkiyə millisinin müdafiəçisi Mərt Müldürün qrup mərhələsinin ilk turunda Gürcüstan millisinin qapısından keçirdiyi qolu turnirin ən yaxşı qolu seçib. Həmin qarşılaşma “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, qitə çempionatında rəsmi olaraq İspaniya millisinin 17 yaşlı futbolçusu Lamin Yamalın yarımfinalda Fransaya vurduğu qol “ən yaxşı” seçilmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC