"Zirə"nin slovaklarla ev matçının biletləri satışa çıxarılır

Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyununun biletləri iyulun 23-də, saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Presssport.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 20 manat təşkil edir.

Azarkeşlər biletləri Zirə İdman Kompleksi, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilər.

Xatırladaq ki, komandalar arasında ilk matç iyulun 25-də saat 20:00-da "Dalğa Arena"da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC