Basketbol millimiz Avropa çempionatının yarımfinalına vəsiqə qazandı - Ermənistanla görüşöncəsi

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin 2-ci qrup oyunu baş tutub.

Presssport.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin qrupda 2-ci rəqibi Gürcüstan yığması olub.

 Oyuna sürətli başlayan qızlarımız rəqib üzərində 74:68 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Şilan Akbingöl (19 xal, 11 ribaund) seçilib.

Bu qələbə ilə qızlarımız Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. Millimizin qrupdakı son oyunuiyulun 25-də Bakı vaxtı ilə saat 16:30-da Ermənistan yığmasına qarşı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC