"Qarabağ"ın 2 potensial rəqibi qarşılaşdı, 2 qol vuruldu

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Presssport.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib. 

Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqibləri də ilk oyunlarına çıxıb. "Ludoqorets" evdə Minsk “Dinamo”su üzərində inamlı qələbə qazanıb. 

"Qarabağ" II mərhələdə "Linkoln" səddini adlayacağı təqdirdə III mərhələdə "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Linkoln" cütünün məğlubu isə Avropa Liqasının III raundunda  "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə üz-üzə gələcək. 

Xatırladaq ki, "Qarabağ" ötən gün ilk oyunda "Linkoln"a 2:0 hesabı ilə qalib gəlib.

24 iyul (çərşənbə)

PAOK (Yunanıstan) - "Boraya Banya-Luka" (Bosniya və Herseqovina) - 3:2

Qollar: Koulerakis, 17, 39, Troost-Ekonq, 51 - Herera, 22-pen; Kulasin, 45+3

"Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) - 2:0

Qollar: Tekpetey, 9, Nedelev, 45+1

"Tsele" (Sloveniya) - "Slovan" (Bratislava, Slovakiya) - 1:1

Qollar: Bobiçaneç, 7 - Streleç, 11

Qırmızı vərəqə: Savvidis, 31 ("Slovan")

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC