Azərbaycan UEFA reytinqində 1 pillə irəlilədi

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.

Presssport.az xəbər verir ki, bu, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.

Belə ki, 24-cü pillədə yer alan ölkənin əmsalı 17,750-yə bərabərdi. "Zirə" və "Sabah" qazandıqları qələbələrlə Azərbaycan üçün hərəyə 0,250 xal qazandırıb. Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) klublarını məğlub edib. "Sumqayıt" isə evdə Macarıstan “Fehervar”ına uduzub - 1:2.

Azərbaycandan 1 pillə öndə Rusiya (18,299), bir 1 sıra geridə isə Slovakiya (17,625) yer alıb.

Onu da bildirək ki, 55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC