"4:0 qalib gəlsək də, bu, bizə mərhələ adlamaq üçün 100 faiz təminat vermir" - Eldar Quliyev

“Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyev müsahibə verib. 

Presssport.az həmin müsahibəni təqdim edir: 

- UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “DAK 1904” klubunu 4:0 hesabı ilə məğlub etdiniz. Böyükhesablı qələbəni necə şərh edərdiniz?

- 4:0 hesabı ilə qalib gəldik. Nəticədən razıyıq. Qalib gəldiyimiz üçün sevinirik.

- Hesab arasındakı fərqin böyük olmasını gözlənilməz saymaq mümkündür?

- Hesab arasındakı fərqin bu cür böyük olacağını gözləmirdik. Çünki bilirdik ki, rəqib yaxşı komandadır. Bu hesaba baxmayaraq, Slovakiya təmsilçisinin zəif olduğunu düşünmürəm.

- UEFA Avropa Liqasında penaltilər seriyasında “Şerif”ə uduzduqdan sonra psixoloji cəhətdən “DAK 1904”lə matça hazırlaşmaq nə dərəcədə çətin idi?

- İlk 2-3 gün bütün komanda məyus idi. Lakin sonradan toparlanmağa başladıq. Anlayırdıq ki, bu dəfə daha yaxşı oynamalıyıq. Şadam ki, bunu bacardıq. İstəyimizə çatdıq və gözəl qələbə qazandıq.

- Bu qələbədə hansı amil həlledici oldu?

- Düşünürəm ki, yaxaladığımız qol şanslarını dəyərləndirməyimiz həlledici oldu. Əslində, biz əvvəlki matçlarda da çox qol epizodu yaradırdıq. Lakin onlardan yararlana bilmirdik. Bu dəfə isə ön xətdə daha dəqiq oynadıq.

- Bu nəticə cavab oyunu öncəsi komandada arxayınlıq yaratmayacaq?

- Oyun baxımından rəqib heç də zəif deyil. Gördüyünüz kimi, ikinci hissədə dəyişikliklərlə topa nəzarəti ələ keçirdilər, daha çox hücum etməyə çalışdılar. Bu da o deməkdir ki, bizi səfərdə çox çətin oyun gözləyir. Hər hansı arxayınlıqdan söhbət gedə bilməz. 4:0 hesabı ilə qalib gəlsək də, bu, bizə mərhələ adlamaq üçün 100 faiz təminat vermir (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC