Argentina millisi ötən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvay yığmasıyla qarşılaşıb.
Presssport.az xəbər verir ki, görüş Paraqvayın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu matçda xoşagəlməz hal yaşanıb. Belə ki, Argentina millisinin kapitanı Lionel Messi rəqib futbolçunu kobud oyundan sonra meydandan qovmadığına görə baş hakim Anderson Daronkonu təhqir edib.
Messi referiyə bu sözləri dediyi iddia edilib: "Özünü çox çirkin aparırsan. Səndən xoşum gəlmir, çox qorxaqsan".
Onu da bildirək ki, növbəti oyunda Argentina Peru ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC