Azərbaycan təmsilçisi Fidan Əlizadə Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Presssport.az xəbər verir ki, o, 57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, bu gün Azərbaycan cüdoçusu Hüseyn Allahyarov (60 kq) da qızıl medal qazanıb. Aydan Vəliyeva (52 kq) həlledici mərhələdə uduzaraq gümüş medalla kifayətlənib. Rüfət Şövlətov (73 kq) isə bürünc medal uğrunda qarşılaşmadan qalib ayrılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC