UEFA narkotik istifadəsində şübhəli bilinən ingilis hakim Devid Kut ilə bağlı araşdırmalara başlayıb.
Presssport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb.
Belə ki, Böyük Britaniyanın “The Sun” nəşrinin hakimin bank əskinası ilə ağ maddəni burnuna çəkdiyi videonu dərc etməsindən sonra araşdırma başlayıb. Videonun Kutun VAR köməkçi hakimi olduğu AVRO-2024-ün 1/4 finalının Portuqaliya – Fransa oyununun ertəsi– iyulun 6-da mehmanxanada çəkildiyi qeyd olunub.
Bir neçə gün öncə Kutun “Liverpul”un sabiq baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi video yayılıb. Bundan sonra o, İngiltərə Hakimlər Komitəsi tərəfindən yerli çempionatın oyunlarından kənarlaşdırılıb. UEFA isə 42 yaşlı referini Millətlər Liqası matçlarından uzaqlaşdırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC