"Makkabi"nin baş məşqçisi "Sabah"a böyükhesablı məğlubiyyəti şərh etdi: "Bu, bizə dərs olsun!"

İsrailin “Makkabi” klubunun (Hayfa) baş məşqçisi Barak Baxar Konfrans Liqasının II təsnifat mərhələsinin “Sabah”a qarşı Macarıstanda Kişvarda şəhərində keçirilmiş oyunundakı böyükhesablı məğlubiyyəti (0:3) şərh edib. 

Presssport.az xəbər verir ki, 44 yaşlı israilli mütəxəssis pis oynadıqlarını etiraf edib: “İlk görüşdə 0:3 hesabı ilə uduzursansa, bu, yaxşı deyil. Oyuna yaxşı başlaya bildik, yaxşı, kəskin hərəkət etdik və kifayət qədər cəsarətlə irəlilədik. Ancaq son ötürmələrimizdə dəqiq olmadıq. Buraxdığımız 3 qoldan 2-si əks-hücumlardan vuruldu. Göründüyü kimi, bu matça elə də yaxşı yanaşmadıq. Gələn həftə mübarizə aparmalı və nəticəni xeyrimizə çevirməli olacağıq. Bu məğlubiyyət bizə dərs olsun! Bunlardan dərs çıxarmağı bacarmalıyıq və indi özümüzü toparlayıb cavab matçına daha yaxşı yanaşmalı olacağıq".

Baxarın fikrincə, meydanda etdikləri heç bir şey alınmadı: “Sabah”ın çoxlu yaxşı oyunçusu var və bunu bilirdik. Aydındı ki, bizə daha çox oyunçu lazımdı. Lakin bu, bəhanə deyil. Gələn həftə yaxşı nəticə əldə etməyə çalışacağıq və hər şeyin mümkün olduğuna inanacağıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC