"Babir" "Kəpəz"ə tərəfdaş oldu

Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Kəpəz” Peşəkar Futbol Klubu (PFK) və “Babir” idman geyimləri markası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Presssport.az xəbər verir ki, “Kəpəz” Futbol Akademiyasında təşkil edilən imzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri və “Babir”in nümayəndəsi Zaur Cəfərov imzalayıb. Müqaviləyə əsasən, “Babir” brendi “Kəpəz” Futbol Akademiyasını oyun geyimləri ilə təmin edəcək.

Onu da bildirək ki, “Babir” futbolçuların performansını artırmaq və onlara ən yüksək səviyyədə rahatlıq təmin etmək üçün peşəkar idman geyimləri istehsal edir. Marka bəbirin gücü, çevikliyi və sürətini futbolçuların meydanda göstərdiyi performansla geyimlərində əks etdirməyə çalışır.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC