"Kəpəz" son yoxlama matçında darmadağına imza atdı

Yeni mövsümə hazırlaşan "Kəpəz" bu gün sonuncu yoxlama oyununu keçirib.

Presssport.az xəbər verir ki, "sarı-göylər" klubun məşq mərkəzində "Pelikan" ilə qarşılaşıb.

Matç Gəncə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə Kərim Lkoça və Əli Səmədov fərqlənib. Fasilədən sonra Lassana Ndiaye və Redon Mihana qol vurub.

Xatırladaq ki, "Kəpəz" bunadək 3 yoxlama oyunu keçirib. Adil Şükürovun komandası "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub, "Əl-Yarmuk"a (Küveyt) 2:1 hesabı ilə qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC