Bojoviç Azərbaycan kubokunda qələbəylə başladı - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda ¼ final mərhələsinin ilk matçlarına yekun vurulub. 

Presssport.az xəbər verir ki, 2-ci oyun günü Sumqayıtda bitib. 

Belə ki, "Sumqayıt" “Neftçi”ni qonaq edib.

Bu, “ağ-qaralar”ın monteneqrolu baş məşqçisi Miodraq Bojoviçin Azərbaycan kubokunda debütü olub. "Neftçi" fasiləyə böyükhesablı qələbəylə yollansa da, 2-ci hissədə 2 qol buraxaraq yekunda yalnız minimal fərqlə qalib gəlib. Bu komandaların "Neftçi Aren"dakı cavab görüşü fevralın 9-da baş tutacaq. 

Xatırladaq ki, ilk ¼ final görüşlərində “Zirə” “Səbail”lə (2:1), “Qarabağ” "Sabah"la səfər matçında (7:1) qalib gəlib. "Araz-Naxçıvan" isə "Qəbələ"ylə evdə 161 hesablı bərabərliyə qalıb. 

31 yanvar (çərşənbə axşamı)

19:00. “Sumqayıt” – “Neftçi”- 2:3

QOLLAR: E.Bədəlov, 60, K.Ninqa, 89 - Y.Boqomolski, 29, E.Mahmudov, 44-pen, 45+3

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Cavid Cəlilov
AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt. “Kapital Bank Arena” stadionu

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Aliev

Baş məşqçi: Samir Abasov

“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno, 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC