İsayev "Ludoqorets"i səfərdə keçməkdə həlledici olacaq faktoru açıqladı: "Hələ ki tam özümə gələ bilmirəm"

  • Bu axşam “Qarabağ”ı Çempionlar Liqasında çətin sınaq gözləyir. Belə ki, çempionumuz Bolqarıstanın “Ludoqorets” klubuna evdə uduzduğunsan (1:2) mərhələ keçmək üçün səfərdə mütləq qalib gəlməlidi. Ağdam klubunun millimizin də üzvü olan yarımmüdafiəçi Aleksey İsayev səfəröncəsi Presssport.az-ın suallarını cavablandırıb.  
  • - “Kəpəz” üzərində böyükhesablı qələbə (3:0) qazansanız da, ilk hissədə rəqib qapısına yol tapa bilmədiniz. Bunu nəylə əlaqələndirərdin?
  • - Çox qol imkanını realaşdıra bilmədik. Son nöqtəni qoymaq üzərində işləyəcəyik. 
  • - Artıq 2 tur keçib. Necədi yeni çempionat?
  • - Normal. Yarışmaya daxil oluruq, forma yığırıq. Hələ ki ən yaxşı kondisiyada deyilik. Amma dediyim kimi, forma toplayırıq. Şəxsən məndə belədi. 
  • - Səncə, tam formanı yığman üçün nə qədər vaxt lazımdı?
  • - Bilmirəm, necə alınacaq. Hər şey oyunlardan asılıdı. Nə qədər çox oynasam, bor o qədər forma yığacam. 
  • - Avrokuboklarda demək olar oynamırsan. Üzücü, darıxdırıcı deyil?
  • - Yox, normaldı. Harda imkan verirlər, orda da oynayıram. 
  • - “Ludoqorets”ədə uduzduğunuz matç ehtiyat oyunçular skamyasından necə görünürdü? Rəqibi bir az dəyərləndirmədiniz?
  • - Yox, niyə ki? Hesab edirəm ki. yaxşı oynadıq, sadəcə, qol imkanlarımızı dəyərləndirə bilmədik. Əvəzində 2 üzücü qol buraxdıq. Eybi yoxdu, qələbə dalınca gedəcəyik. Buna nail olmağımız əlbəttə ki, realdı. Niyə də olmasın?! Başqa cür ola bilməz.
  • - Səncə, bunun əsas nə lazımdı? Bolqarıstandakı matçda həlledici faktor nə olacaq?
  • - Öz oyununu oynamaq, vəssalam! Öz futbolumuzdan kənara çıxmamalıyıq. Bakıda da bunu oynamışıq. Sadəcə, çox qol şansımızı boşa verdik.  
  • - “Qarabağ”da artıq az müddət deyil oynayırsan. Özünü necə hissə edirsən?
  • - Normal-normaldı. Dediyim kimi, tam yaxşı kondisiyada deyiləm. Hələ ki tam özümə gələ bilmirəm. Amma olsun, bunun üzərində işləyirəm. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC