"Sabah" istəsə, Mikels "yox" deməz: "Keçid üçün pul verəsi olsalar, bu, real məbləğ olaraq..." - MÜSAHİBƏ

"Sabah"da uğurlu çıxışıyla tanınan, keçən yay karyerasını Səudiyyə Ərəbistanının I Liqa təmsilçisi "Əl-Faysali" klubunda davam etdirən almaniyalı cinah yarımmüdafiiəçisi Coy-Lens Mikelsin qış fasiləsində Azərbaycana dönəcəyi ilə bağlı söz-söhbətlər səngimir. Məsələy aydınlıq gətirmək üçün 31 yaşlı futbolçunun agenti Fuad Xəlilovla söhbətləşdik. O, Presssport.az-a müsahibəsinə müştərisinin ərəb ölkəsini hansı səbəblərdən tərk etməsi haqda danışmaqla başlayıb. - Mikels ordakı meydançaların şəraitinə və təbii ki, uşağı üçün hər şey qanedici olmadığına görə qayıtmaq istəyir. Amma bu da tam səbəb deyil. Onsuz da Mikelsin planı odur ki, karyerası bitəndən sonra Azərbaycanda yaşayacaq, həyatı burayla bağlı olmaq fikrindədi. Onsuz da ölkəmizi sevəndi və “Sabah”dan ayrılandan sonra da sosial media hesabında son paylaşımında onu vurğulamışdı. Bu da tamamilə həqiqəti əks etdirir. Hal-hazırda heç bir Azərbaycan klubuyla danışıqlar aparılmır – istər “Sabah” olsun, istərsə də “Qarabağ”la “Neftçi”. Heç bir danışıqlar olmayıb, yazılanlar doğru deyil. Amma çox güman, gedişat onu göstərir ki, yay fasiləsində bu məsələyə aydınlıq gələcək və Coy-Lens Azərbaycana qayıdacaq. Bunun hansı klub olacağı hələ bəlli deyil. Hər halda, dönüş məsələsi yüzdəyüz olacaq. - “Sabah”a qayıtmaq istəmir, yoxsa qalmaqallı olaydan tərəddüdü var? Yaxud klubun addımını gözləyir? - Mikelsin ərəblərlə müqaviləsi 1 illikdi. Yəni, bu yayadək klubuna bağlıdı. Sadəcə, müqaviləsində belə bir bənd var ki, komandası Səudiyyə Ərəbistanın yüksək liqasına çıxsa, müqaviləsi avtomatik uzanır. Amma belə bir bənd də qoyulub ki, futbolçu istəməsə, o müqavilədən imtina edə bilər. Bir daha deyirəm ki, “Sabah”la ümumiyyətlə, bu barədə danışıqlar aparılmayıb. Çünki bu klub həmin müraciətlə bizə çıxmayıb. Nəsə konkret bir şey olsa, ictimaiyyətə onsuz da bildiriş veriləcək. - Müraciətin olmadığını başa düşdük. Sizcə, baş verən xoşagəlməz olaylardan sonra Mikeslin “Sabah”a dönüşü nə dərəcədə real görünür? - Olanlar onsuz da keçmişdə qalıb. “Sabah” Mikelsi qaytarmaq istəsə, bu, müzakirə mövzusu olacaq. Amma bu yöndə heç kim danışmayıb, heç bir təklif gəlməyib. Onsuz da hal-hazırda klubuyla 6 aylıq müqaviləsi var. Buna görə o haqda danışmaq nəsə etik olmaz. Ümumiyyətlə, Coy-Lens elə bir futbolçudu ki, hər bir Azərbaycan klubu onu heyətində görmək istəyər. Amam yay üçün də heç bir klubla danışıqlar aparılmayıb. - Belə oldu ki, “Sabah” konkret təklifini etdi, müqaviləsinin olması problem yaradar? Yaxud ərəblər futbolçuya görə nə qədər təzminat istəyərlər? -Mikelsin hazırda sərbəst çıxış bəndi yoxdu. Keçid üçün pul verəsi olsalar, məncə, bu, real məbləğ olaraq 100-150 min dollar olar. Amma inanmıram ki, orda nəsə belə bir söhbət olsun. Ortada heç bir rəqəm yoxdu, sadəcə, şəxsi gümanım budu ki, məbləğ 100 min dollar olar. Amma hər şey ola bilər də. “Sabah” istəsə, Mikels “yox” deməz. - Mikels gələcək həyatını təmin etmək, yaxşı pula görə Ərəbistana getdi. İndi bu addımına görə peşmançılıq çəkir? Yaxud dediyi problemlərin ola biləcəyi göz önünə gətirilmişdi? - Mikelsin heş bir şeyə peşmanlığı yoxdu. Hər bir qərarının arxasında durur. Uşağına gəlincə, orda başqa bir şey deyilirdi. Meydançalara isə sözün açığı, hamısına baxmamışdıq. 3-4 aparıcı klubun meydançasına diqqət yetirmişdik. Onlar da qənaətbəxşdi, o birilər isə bir az sərtdi. Bu da istər-istəməz ayaqlarda yüklənməni bir az çoxaldır, yaxud ağrılar əmələ gətirir. O baxımdan problem var. Həm də nəzərə alaq ki, oranın iqlimi, çox isti olması meydançanı qurudur. Vaxtı-vaxtında sulamaqdıca qazon da bir az sərt olur. Buna görə futbolçu oynamaqda bir az da çətinlik çəkir. O mənada ki, sümükləri sızıldamağa başlayır. Tək Coy-Lensə yox, hər hansı futbolçuya bu, problemdi. - Mikels Azərbaycanda az da oynamadı, çox da oynamadı. Özü də Avropanın mərkəzində yaşayan, Almaniya vətəndaşı olduğu halda, ölkəmizə belə sevgisinin kökündə nə dayanır? - Mikels buranın mentatiletini, mədəniyyətini sevir. O, özünü Azərbaycanda çox yaxşı hiss edir. Buranın iqlimi, insanları çox xoşuna gəlir. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC