ASAPES-də yeni təyinat

Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.
Presssport.az xəbər verir ki, rektor Fuad Hacıyev bu gün Prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.
Ü.Babayeva Azərbaycan Dillər Universitetində ingilis dili üzrə bakalavr, ingilis dili və ədəbiyyatı üzrə isə magistr dərəcəsinə yiyələnib.
2001-2003-cü illər ərzində ABŞ-ın Minnesota Dövlət Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb.
ABŞ-ın Cons Hopkins Universitetində doktorantura təhsilini davam edərək Təhsil üzrə Doktor (EdD) elmi dərəcəsi alıb.
Ü.Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə bundan əvvəlki prorektoru Təhminə Tağı-Zadə AMADA-nın icraçı direktoru təyin edilib.
 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC