Benzema bazaya gəlmədi, məşqlərdən qovuldu

Səudiyyə Ərəbistanın "Əl-İttihad" klubunun kapitanı Kərim Benzema baş məşqçi Marselo Qalyardonun qərarı ilə komandanın məşqlərindən uzaqlaşdırılıb. Presssport.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Benzema komanda ilə birgə təlim-məşq bazasına gəlməli olsa da, bunu etməyib. Buna görə də argentinalı baş məşqçisi 37 yaşlı fransalı hücumçunu komanda hazırlığından kənarlaşdırmaq və klubun mövsümün bərpasına hazırlaşacağı Dubaya aparmamaq qərarına gəlib. Bu mövsüm Benzema bütün yarışlarda 20 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürməsi verib. Təcrübəli futbolçunun "Əl-İttihad"la müqaviləsi 2026-cı ilə qədərdi. Bizi İnstagramda izləyin

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC