Bağırov Qəbələdə yoxlama oyununun taleyi və qarı maraqla qarşılayan legionerləri haqda danışdı

"Qəbələyə güclü qar yağıb, hələ də yağır. Amma bura gəlməyimizə qətiyyən peşman deyilik. Misal üçün dünən Bakıda hava pis oldu, amma burda 2 məşq keçdik. Özü də şükür, hər şey yaxşı, istədiyimiz qaydada alındı". Bu sözləri Presssport.az-a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. Qış fasiləsində Azərbaycanda qalmağı üstün tutan Naxçıvan hazırlığın Bakıdakı mərhələsindən sonra yanvarın 12-dən Qəbələyə üz tutdu. Əsas məqsəd yanvarın 15-də "Qəbələ"yə yoxlama matçı keçirməkdi. Maraqlıdı, hazırkı hava şəraitində oyun baş tutacaqmı?: "Sabah "Qəbələ"ylə təbii otda oynayacağıq. Oranın da istilik sistemi var. Bu üzdən meydançada qar qalmır və problem olmamalıdı. Buna görə oyun keçirmək istəyirik, düşünürük hələ ki. Əslində, sabaha deyiblər ki, qar kəsəcək. "Qəbələ" tərəfi - klub rəsmisi Səbuhi Qarayevlə da danışmışıq. Dedi ki, hər şey qaydasındadı. Hələ ki heç bir fors-major halı yoxdu. Bu gün də məşqimiz var - saat 4-dədi. Danışımışıq, bunu ən pis halda şarın altında meydançada edəcəyik". Məlumdu ki, Muxtar Respublika klubu heyətində xeyli legioneri olan Premyer Liqa təmsilçimizdi. Onlar bu qarla havanı necə qarşılayıb? Bağırovu dinləyək: "Bir az braziliyalılarımız üçün qar maraqlı gəlir. O birilər isə Avropada olublar, onlara belə hava şəraiti adidi". Xatırladaq ki, "Qəbələ" - "Araz-Naxçıvan" matçının saat 14:00-da keçirilməsi nəzərdə tutulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC