Paris-2024: Paratletika millimiz yekun sıralamada neçənci olub?

Paratletika üzrə milli komandamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 3 qızıl, 1 gümüş medalla başa vurub.

Presssport.az xəbər verir ki, Fransa paytaxtında 5 idmançıyla çıxış edən millimizin heyətində Səid Nəcəfzadə (T12, uzunluğa tullanma), Orxan Aslanov (T13, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13, 100 metr qaçış) qızıl medal qazanıb.

Gümüş medalı Lamiyə Vəliyeva T13 kateqoriyasında 400 metr qaçışda əldə edib.

Oloxan Musayev (F55, nüvə itələmə) və Rüfət Rəfiyev (F36, nüvə itələmə) isə yarışı müvaviq olaraq 5-ci və 6-cı pillədə bitirib.

Onu da bildirək ki, Paris-2024-də paratletika yarışlarında ümumilikdə 151 ölkə mübarizə aparıb. Paratletika üzrə milli komandamız yekun sıralamada 19-cu olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC